Xorvatiyalı futbolçu Bakıdan FİFA-ya şikayət etdi
Xorvatiyalı müdafiəçi Duje Bakoviç "Bakı"dan FİFA-ya şikayət edib. Bu barədə 2012-ci ildə paytaxt klubunun şərəfini qorumuş futbolçu özü azerisport.az saytına açıqlamasında məlumat verib:
"Futbolda baş verən olaylar məni çox məyus etdi, ona görə də indi meydandan kənardayam. "Bakı" ilə maraqlanıram. Bilirəm ki, bu klub hazırda birinci divizionda çıxış edir və problemləri var. Əminəm ki, onlar növbəti mövsümdə Premyer Liqaya qayıdacaqlar. Amma "Bakı" mənə olan borcunu ödəmək istəmir. Bu üzdən klubdan FİFA-ya şikayət etmişəm. Hələ ki, cavab almamışam. Oturub gözləyirəm. Necə olacaq, görəcəyik. "Bakı" ilə bu barədə söhbət etməmişəm. Hələ ki, FİFA-nın reaksiyasını gözləyirəm. "Bakı"nın mənə nə qədər borcunun olduğunu sizə deyə bilmərəm. Çünki bu, mənim şəxsi işimdir. Mən ki sizdən nə qədər məvacib aldığınızı soruşmuram. Bakı üçün çox darıxmışam. Həmçinin iki gün öncə klub prezidenti Hafiz Məmmədovun ad gününün olduğunu da bilirəm. Məndə nömrəsi olsaydı, ona məktub göndərər, təbrik edərdim".
