4 dekabr 2015 17:00
Millimizin DÇ-yə hazırlıq planı bəlli oldu
Futzal üzrə Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyada keçiriləcək qrup oyunlarına səfər planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Toni Peresin çalışdırdığı komandamız Osiyekə dekabrın 8-də yola düşəcək.
İspaniyalı mütəxəssisin sərəncamında hazırda 18 futzalçı var. Amma o, seçmə mərhələ üçün bu siyahını 14-ə endirəcək.
Qeyd edək ki, yığmamız ilk oyununu dekabrın 10-da İsveçə qarşı keçirəcək. Növbəti gün Azərbaycan - Belarus matçı baş tutacaq. Komandamız həlledici oyununu dekabrın 13-də Xorvatiyaya qarşı keçirəcək.
