4 dekabr 2015 15:20

Qəbələnin Premyer Liqada 182-ci futbolçusu

George Floresku "Qəbələ"nin heyətində Topaz Premyer Liqasında debüt etdi. Azerisport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 13-cü turda “Sumqayıt”la səfər matçında start heyətində meydana çıxmışdı. Floresku bunadək “qırmızı-qara” formada Avropa Liqasında təsnifat mərhələsinin 3 matçında, habelə, əvəzedici heyətdə oyunlara çıxıb.

O, komandasının heyətində milli çempionatımızda çıxış edən 182-ci futbolçu kimi tarixə düşüb. Maraqlıdır ki, yerlilər və legionerlərin sayında mütənasiblik eynidir – 91. “Qəbələ”də 2 futbolçu Premyer Liqada 100 oyun səddini keçə bilib. Bunlar legionerlər – braziliyalı kapitan Luis Hilario Dodoyla (122) seneqallı sabiq hücumçu Viktor Mendidir (112).

George komandasının 11 illik tarixində 7-ci rumıniyalı futbolçudur. "Qəbələ"nin bu ölkədən ilk legioneri yarımmüdafiəçi Marius Humenike olub. Ondan sonra müdafiəçilər Razvan Tarlea ilə Kristian Pulhak “qırmızı-qara” formada oynayıb. Ötən mövsüm isə müdafiəçi Aleksandr Benqa, yarımmüdafəçi Adrian Ropotan və hücumçu Andrey Kristea “Qəbələ”də çıxış edib. Onları gətirən baş məşqçi Dorinel Muntyanu isə klubun tarixində ilk və yeganə rumıniyalı çalışdırıcıdır. ("Qəbələ" İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.