4 dekabr 2015 14:00
Vüqar Nadirov Qəbələdən ayrılıb, İnterə keçir
Vüqar Nadirov qışda "Qəbələ"dən ayrılacaq. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"dan bu kluba gələn, amma oynamaq şansı qazanmayan hücumçu bu komandada qalmaqda maraqlı deyil.
Artıq onunla maraqlanan klublar da var. Bunlardan biri də "İnter"dir. Paytaxt klubu ona müqavilə təklif etməyə hazırlaşır.
