4 dekabr 2015 13:45

Vaqif Cavadov: Taleyimdən narazı deyiləm

“Qəbələ"yə faydalı olmaq niyyətilə gəlmişəm. Niyyətim indi də belədir. Az oynamagıma gəlincə, bu, futbol həyatıdır. Məndən nə asılıdırsa, edirəm. Bundan sonra necə olacagını zaman göstərəcək”. Azerisport.az xəbər verir ki, bu fikirləri “Qəbələ İK”ya açıqlamasında Vaqif Cavadov deyib.

26 yaşlı hücumçu ölkə kubokunadək əsas komandanın heyətində 4 oyun keçirib. Bunlardan 3-ü Topaz Premyer Liqasında, 1-i Avropa Liqasında olub. PAOK-la matçın 77-ci dəqiqəsində meydana çıxan Vaqif təkcə “Qəbələ”də yox, həm də karyerasında ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etdi.

Salonikidə oyunun son saniyələrində qələbə topunu vurmaq şansı olan Vaqif həmin epizodu belə xatırlayıb: “Həmin epizodda ətrafımda olan komanda yoldaşlarımı gördüm. Sadəcə, oyunun son dəqiqəsi idi və məsuliyyəti üzərimə götürüb topu qapıya tərəf vurdum. Düşündüm ki, topu itirməkdənsə, belə etmək daha yaxşıdır”.

Hücumçu bildirib ki, yaxşı oynadıqları bu matçda qalib gəlməli idilər: “Növbəti mərhələyə çıxmaq şansımız qalmasa da, qələbə qazanmaq istəyirdik. Ancaq qol imkanlarından istifadə edə bilməməyimiz öz sözünü dedi. Qrupda ilk qələbəmizi son turda “Krasnodar”la ev oyununda qazanmağa çalışacağıq”.

Komandada ilk vaxtlar oyun təcrübəsini əvəzedici heyətdə artıran Vaqif hazırkı durumunu belə dəyərləndirib: “Taleyimdən narazı deyiləm. İnanıram ki, komandaya faydam dəyəcək. Ehtiyatda çox qalmağım baş məşqçinin qərarıyla bağlıdır. Heyəti o müəyyənləşdirir. Az oynamaq futbolçuda bəzən ruh düşkünlüyü yaradır. Məndə isə ruh düşkünlüyü yoxdur. Hər zaman öz üzərimdə işləyirəm ki, meydançaya çıxanda hazır olum”.

Cavadov komandasının Topaz Premyer Liqasında son oyunlarında xal itirməsinə də münasibət bildirib: “Son oyunların hamısında qalib gəlməli idik. Demək olar, tək qapıya oynayırıq. Fəqət, son nöqtəni qoya bilmirik. Bu kimi amillər psixoloji cəhətdən gərginlik yarada bilər. Amma komandada ab-hava yaxşıdır və nəyisə bəhanə etməyə əsas yoxdur. Baş məşqçi bizə güvənir və ruhdan düşməməyi tövsiyə edir. Biz isə nəticə almağı qarşıya məqsəd qoyan peşəkar klubuq. "Qəbələ"də çempion olmaq hər bir futbolçunun, o cümlədən mənim də arzumdur. İnanırıq ki, itirilən xalların yerini qarşıdakı oyunlarda qələbə qazanmaqla doldura biləyəcik”.

Qeyd edək ki, Cavadov "Qəbələ"də ölkə kubokundakı debütünü qolla qeyd edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.