4 dekabr 2015 12:45
İnter Türkiyə toplanışından imtina edir
"İnter" bu qış böyük ehtimalla xaricdə təlim-məşq toplanışı keçməyəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu ənənəvi Türkiyə toplanışından imtina etməyə hazırlaşır.
Buna səbəb klubun ciddi maliyyə problemlərinin olmasıdır. Məhz bu üzdən də çıxış yolu kimi qış hazırlığının elə ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulub.
