Aleksandr Quruli: Nədənsə hakimlər heç vaxt bizim lehimizə səhv etmirlər
AZAL-ın yarımmüdafiəçisi Aleksandr Quruli Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Qələbə qazana bilərdik. Yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Amma bunu hesabda əks etdirə bilmədik. Ona görə də bu məğlubiyyət mənə çox pis təsir etdi. Emin Cəfərquliyevin qırmızı vərəqə almasına baxmayaraq, biz hücumlarımızı davam etdirirdik. Çox təəssüf ki, hər şey belə nəticələndi. "Zirə" yaxşı komandadır. Amma biz məğlubiyyətə layiq deyildik. Baş məşqçimizin də dediyi kimi, öz səhvimizdən uduzduq".
"Hakimliyə gəlincə, mən həmişə onların tərəfini tutmuşam. Çünki həyatda səhvsiz insan yoxdur. Amm nədənsə hakimlər bizim lehimizə heç vaxt səhv etmirlər. Amma yenə də onlara hörmətlə yanaşıram".
