4 dekabr 2015 11:45

Kazbek Tuayev: Neftçinin əcnəbi məşqçi axtarışı düzgün deyil

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarından danışıb, "Neftçi"nin əcnəbi məşqçi axtarışına münasibət bildirib.

- "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə qiymətləndirərdiniz?
- Onların bu qrupdan çıxmasını çox istəyirəm. Komandamız Belçikada "Anderlext"ə qarşı dişini göstərməlidir. Bu komandaya səfərdə qalib gələ bilərik. "Monako", "Anderlext" elə də qorxulu rəqiblər deyil. Yaxşı şansımız var.

- Əsgər Abdullayevin gəlişindən sonra "Neftçi" uğurlu çıxış etməyə başlayıb...
- Klub rəhbərliyinin Samir Əliyevi postundan niyə uzaqlaşdırdığının səbəbini bilmirəm. Gənc mütəxəssisə qarşı elə etmək olmaz. Abdullayevə gəlincə, o, təcrübəli mütəxəssisdir. Komanda nəticə verməyə başlayıb. Onların Azərbaycan Kubokunda "Qaradağ Lökbatan"a qarşı oyununu izlədim. Xeyli həzz aldım. Çoxdan idi bu qədər gülməmişdim. Mənə elə gəlir ki, yerli məşqçilər klublarda möhkəmlənməlidirlər. Çünki hamı görür ki, yerli məşqçilərə şans veriləndə, onlar gec-tez özlərini göstərirlər.

- Amma "Neftçi" rəhbərliyi yeni baş məşqçi axtarır, həm də əcnəbi mütəxəssis...
- Bu, düzgün deyil və çox pisdir. Ümumiyyətlə, Əsgər Abdullayev yerinə başqa məşqçi axtarıldığını bilə-bilə özünü necə hiss etməlidir? Digər komandalara da hörmətim var. Amma "Neftçi" elə bir klubdur ki, hər mövsüm nəticə verməyə borcludur, birinci yerə oynamalıdır. "Qaradağ Lökbatan" üzərindəki qələbədən sonra Əsgər Abdullayevə zəng edib, onu təbrik etdim (gülür).

- Birinci divizionun ikinci komandasının elita təmsilçisinə 8 cavabsız qolla uduzması sizə qəribə gəlmir?
- Burada qorxulu heç nə yoxdur. "Qaradağ Lökbatan" normal, təşkilatlanmış komandadır. Orada yaxşı uşaqlar çıxış edirlər.

- Son dövrlər veteran futbolçularımızın müxtəlif klubların Müşahidə Şurasında yer almasına münasibətiniz necədir?
- Buna çox sevinirəm. AFFA-nın təşəbbüsünü tam dəstəkləyirəm. Veteranlar pis məsləhətlər verməzlər. Futbolumuz bundan ancaq qazanmış olacaq. Məsələn, "Turan Tovuz"un Müşahidə Şurasında yer alan Oqtay Abdullayevə baxın. Təcrübəli mütəxəssisdir. O, şübhəsiz ki, Tovuz futbolunun inkişafına öz töhfəsini verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.