4 dekabr 2015 11:30

Ruslan Abışov: Bunun davamını gətirməliyik

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”la qarşılaşan “Qəbələ” I divizion təmsilçisini 7:0 hesabı ilə məğlub edib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın qollarından birinə komandanın müdafiəçisi Ruslan Abışov imza atıb. O, matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Düzdür, rəqib o qədər də güclü deyildi. Amma əsas qələbə idi ki, buna da nail olduq. Mərhələ keçmək vəzifəsinin öhdəsindən çətinlik çəkmədən gəldik. İndi isə Premyer Liqanın “Xəzər Lənkəran”la qarşılaşmasına hazırlaşacağıq. Son oyunlarda qalib gələ bilmədiyimizi nəzərə alsaq, bu qələbə çox yaxşı oldu. Bunun davamını gətirməliyik. Adi qol epizodu idi və bu imkandan yararlanıb, rəqib qapısına yol tapdım. Ötən turun “Rəvan”la matçında da qol vurmağa çox yaxın idim. Həmin vaxt qol vura bilməmişdim. Bu dəfə isə fərqləndim”.

Matçın 28-ci dəqiqəsində əvəzlənən Abışov belə tez dəyişikliyin səbəbini də izah edib: “Ayağımda köhnə zədə səbəbindən ağrılar hiss etdim. Bu üzdən əvəzlənməyimi istədim. Bu ciddi problem deyil. Hər şey qaydasındadır. Növbəti turun hazırlıqlarında iştirak edəcəyəm”.

Topaz Premyer Liqasının 15-ci turunda “Xəzər Lənkəran”la qarşılaşacaq komandanın təcrübəli üzvü səfər matçında da 3 xal üçün mübarizə aparacaqlarını bildirib: “Bu matçda da qalib gəlməliyik. Çətin oyun olacağını bilirik. Bizi Lənkəranda çətin səfər gözləyir. Lakin iddialıyıq və qalib gəlməyə çalışacağıq. Matça yaxşı hazır olmalıyıq. Ancaq qələbə üçün mübarizə aparacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.