4 dekabr 2015 11:00
İsrafilov oynadı, Eybar kubok matçında darmadağın oldu
Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Ponferradina" ilə qarşılaşıb. Matç "Eybar"ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxmış İsrafilov matçın 55-ci dəqiqəsində, hesab 0:3 olarkən əvəzlənib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü dekabrın 15-də "Eybar"ın meydanında keçiriləcək.
