3 dekabr 2015 20:00
Elşən Hüseynov: Hava şəraitinə hazır deyildik
“Mil-Muğan”ın məşqçisi Elşən Hüseynov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:7 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
“Qəbələ” klubunu təbrik edirəm. Hava şəraitinə hazır deyildik, bundan əlavə əsas heyətin 6 futbolçusu “Qəbələ”yə qarşı oynaya bilmirdi. Rəqib güclü komandalardan biri idi. Biz bu oyuna nəzərən səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.
