Pərdis Fərcad-Azad: Kimin qol vurması yox, komandamızın qələbəsi önəmli idi
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində "Neftçalaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Bizim əsas hədəfimiz qələbə qazanmaq idi, ona da nail olduq. Kimin qol vurmasının önəmi yoxdur, əsas komandamızın qələbə qazanması idi. Etiraf edim ki, çox çətin oyun oldu. Ona görə də bu görüşdə qələbə qazanmaq daha da sevindirici oldu. Çətinliklə qələbə qazanmağımızın isə iki əsas səbəbi vardı. Birinici rəqib güclü komanda idi, ikincisi isə meydanın vəziyyəti çox ağır idi. Elə meydanda futbol oynamaq çox çətin idi. Kubokda nə qədər uzağa gedəcəyimizi zaman göstərəcək. 1/4 finalda kiminlə qarşılaşacağımız önəmli deyil. Əlbəttə, "Qarabağ"la oyun çox çətin olacaq. Amma finala qədər irəliləmək istəyiriksə, bütün rəqiblərimizə qalib gəlməliyik".
