3 dekabr 2015 18:30
XL hələ Əliyevlə müqavilə bağlamağa qərar verməyib
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Orxan Əliyevin komandada qalıb-qalmayacağı hələ də dəqiqləşməyib. Azerisport.az xəbər verir ki, son dövrlər zədə səbəbindən heyətdən kənar qalan futbolçu klubla yollarını ayıra bilər.
Hazırda klub rəhbərliyi bunu götür-qoy etməklə məşğuldur. Rəhbərlik onu heyətdə saxlamaq istəməsə, tezliklə başa çatacaq müqavilə yenilənməyəcək.
Qeyd edək ki, Orxan Əliyev sentyabr ayında zədələnib. O vaxtdan bəri futbolçu meydana çıxa bilmir.
