3 dekabr 2015 17:00

Məhəmməd Mirzəbəyov: Ümid edirəm ki, bu çətin dövrü geridə qoyacağıq

"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Mil-Muğan"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Komandada özünəinam var?
- Biz hər bir oyuna ciddi hazırlaşırıq. Yəni rəqibin kimliyinin bizim üçün fərqi yoxdur. Əsas öz oyunumuzdur. Hər bir komandaya ciddi yanaşmaq lazımdır.

- "Mil-Muğan" birinci divizionda çıxış edir. Sizcə, "Qəbələ" uğursuz gedişata bu rəqiblə oyunda son qoya biləcək?
- Biz bu komanda ilə oyuna ciddi yanaşırıq. Motivasiya yüksəkdir. Uğur qazanmaq istəyirik.

- Premyer Liqanın son turunda "Rəvan"dan bir xalı doğma meydanda çətinliklə ala bildiniz. Həmin oyunla bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun oldu. Biz həmin görüşdə çoxlu qol vəziyyəti yaratdıq. Təəssüf ki, onlardan yararlana bilmədik. Bir yox, daha çox qol vura bilsəydik, qələbə qazanardıq.

- Yeganə qolunuzun müəllifi Fakundo Pereyraya məhsuldar ötürməni siz etdiniz. Bu, sizin qarşıdakı oyunlarda da start heyətdə yer almağınıza kömək edəcək?
- Bunu mən deyə bilmərəm. Start heyətdə daha yaxşı hazırlıqlı olan futbolçular çıxırlar. Buna isə baş məşqçi qərar verir.

- Epizodların birində siz baş hakimdən penalti tələb edirdiniz...
- Çox təəssüf ki, hakim həmin epizodda mənə sarı vərəqə göstərdi. İnanın ki, mən hələ də simulyasiya nə olduğunu bilmirəm. Heç vaxt elə hərəkət etməmişəm. Amma hakimi də başa düşmək olar. Çətin epizod idi. Hakimi heç nədə günahlandırmıram. Lakin həmin epizodda penalti var idi.

- Avroliqadakı çıxışınızı necə qiymətləndirərdin?
- Avroliqa kimi böyük turnirlə vidalaşmaq çox üzücüdür. Bu mövsüm çox böyük təcrübə topladıq. Yəqin ki, hər bir futbolçu belə bir turnirdə oynamağı arzulayırdı.

- Son turda Rusiya "Krasnodar"ını qəbul edəcəksiniz. Bu görüşdə ilk qələbənizi qazana biləcəksiniz?
- Hədəfimiz qələbə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik.

- "Qəbələ" niyə qələbə qazana bilmir?
- Elə də böyük problemimiz yoxdur. Sadəcə, qara zolağa düşmüşük. Amma biz hər oyuna qələbə üçün çıxırıq. Ümid edirəm ki, bu çətin dövrü geridə qoymağa nail olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.