3 dekabr 2015 16:20

Elnur Abdullayev: İnterin də kuboku qazanmaq şansı var

"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Turan Tovuz" üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Çətin oyun oldu. Buna baxmayaraq, biz matçın taleyini ilk yarıda həll etməyi bacardıq. Amma Tovuz təmsilçisi bizə qarşı xarakter nümayiş etdirdi, sonadək mübarizə apardı. Sadəcə, rəqib komanda üçün elita təmsilçisinə qarşı mübarizə aparmaq çətin idi. Çünki heyəti daha çox gənclərdən qurulub, təcrübəsizdirlər. İstənilən halda biz arzuladığımız nəticəni qazana bildik. "Turan Tovuz"a da birinci divizionda uğurlar arzulayıram".

Abdullayev "İnter"in kuboku qazanmaq şansından da danışıb: "Bizi qarşıda daha çətin oyunlar gözləyir. Digər klublar kimi biz də kuboku qazanmaq istəyirik. Fikrimcə, bunun üçün yaxşı şansımız var. Zəif komanda deyilik və hədəfimizə çatacaq gücümüz var".

Yarımmüdafiəçi klubun maddi problemlərinə də toxunub: "Maliyyə problemi bütün klublarda var. Amma bizim aylıq məvaciblərimiz verilir. Başqa heç nə deyə bilmərəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.