Ansi Aqolli: Anderlextə qalib gəlib, fanatlarımızı sevindirmək istəyirik
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şəmkir"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Oyun kifayət qədər maraqlı alındı. Rəqib birinci divizionda çıxış etsə də, "Qarabağ"a qarşı mübarizə apardı. Demək olar ki, 90 dəqiqə döyüşdülər. Ona görə də komandamız 1/4 finala asanlıqla yüksələ bilmədi. Amma şadam ki, sonda qalib gələ və mərhələ adlaya bildik.
Həm kubokda, həm də Premyer Liqada mübarizəmizi davam etdiririk. Komandamızın çempion olacağını indidən demək düzgün olmaz. Qarşıda hələ çox oyun var. Həmin oyunlardan qalib ayrılmağımız lazımdır. Məsələn, qarşıdakı "İnter"lə görüşdə.
Hazırda bütün diqqətimiz Avropa Liqasının qrup mərhələsinin son turunda qarşılaşacağımız Belçika "Anderlext"i ilə oyuna yönəlib. Bizim pley-offa yüksəlmək şansımız var. Bütün bunlar ötənilki vəziyyəti xatırladır. "Qarabağ" fanatlarını sevindirmək istəyirik".
