3 dekabr 2015 15:00

Rikardinyo: Bizim oyun fəlsəfəmiz eynidir

Bu gün növbəti oyununu keçirəcək “Qəbələ” Azərbaycan kubokunun 2015/2016 mövsümündə mübarizəyə başlayacaq. Azerisport.az xəbər verir ki, 1/8 final mərhələsinin “Mil-Muğan”la qarşılaşması öncəsi “qırmızı-qaralar”ın futbolçusu Rikardinyo matçla bağlı fikirlərini klub saytına açıqlayıb. Braziliyalı legioner yalnız qələbə haqda düşündüklərini bildirib:

“Son oyunlarda qələbə qazana bilmədiyimizdən bu oyunda qalib gəlməliyik. Bunu çox istəyirəm. Uğursuz seriyaya son qoymaq şansından maksimum yararlanmağa çalışacağıq. Rəqibimizin I divizionda çıxış etməsi heç nə demək deyil. Çünki rəqibin kimliyindən asılı olmayaraq, həmin komandaya hörmətlə yanaşmalıyıq. Bu üzdən də rəqibin Premyer Liqa və ya I divizionda çıxış etməsinin fərqi yoxdur. Əgər bu komanda kubok uğrunda yarışda mübarizə aparırsa, deməli iddialı rəqibdir. Bizim oyun fəlsəfəmiz eynidir və rəqibdən asılı olaraq dəyişmir. İstər UEFA Avropa Liqasındakı rəqiblərimiz olsun, istər Premyer Liqa, istərsə də aşağı dəstə komandası. Ümid edirəm ki, oyun fəlsəfəmizə uyğun futbol sərgiləyib, qalib gələcəyik. Arxa xətdə yaxşı müdafiə olunub, hücumda effektli oynayacağıq. Bu görüşdə qol buraxmamağa, hər fürsətdə rəqib qapısına dəqiq zərbə endirməyə çalışmalıyıq”.

Rikardinyo həftəsonu Topaz Premyer Liqasının “Xəzər Lənkəran”la səfərdə keçiriləcək qarşılaşmasında da qalib gəlmək iddiasında olduqlarını bildirib: “Kubok matçında qələbə qazanıb, bunun ardını çempionatda da gətirmək istəyirik. Hər matçda olduğu kimi Premyer Liqanın növbəti matçına da 3 xal üçün çıxacağıq. İlin sonuna qədər turnir cədvəlində mümkün qədər yüksək pilləyə qalxmalıyıq. Qış fasiləsinə daha yuxarı yerlərdə yollanmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.