3 dekabr 2015 14:30
Millimiz Bosniya və Herseqovina, Avstriya, Litva ilə bir qrupda yer aldı
Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması 5-ci qrupda Bosniya və Herseqovina, Avstriya və Litva komandaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları 2016-cı il oktyabrın 4-də, 6-da və 9-da Litvada keçiriləcək.
