3 dekabr 2015 13:15
Beynəlxalq Əlillər gününə həsr olunmuş turnir başladı
AFFA-nın dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə bu gün eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman kompleksində təşkil olunan turnirin ilk oyun günü keçirilmiş qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
"Şimşək" - "Birlik" 4:7
"Zirvə" - "Ümid" 13:2















