3 dekabr 2015 13:00
Azərbaycan İngiltərə, Avstriya və Rumıniya ilə bir qrupa düşdü
Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması 6-cı qrupda İngiltərə, Avstriya və Rumıniya komandaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları 2016-cı il oktyabrın 25-də, 27-də və 30-da Rumıniyada keçiriləcək.
