3 dekabr 2015 11:30

Cavid İmamverdiyev: 8:0 bizi çox sevindirmir

"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan"a qarşı keçirdikləri oyundan (8:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Belə böyük hesablı qələbə qazandığımıza görə fəxr etməməliyik. Çünki bu gün birinci divizion klubuna qarşı oynayırdıq. Ona görə də qələbə bizi elə də xüsusi sevindirmir. Amma qələbə qələbədir. Bu, bizim özünəinamımızı daha da artıracaq. "Qaradağ Lökbatan"a da qarşıdakı oyunlarda uğurlar arzulayıram.

- Hər şeyin bu qədər yüngül olacağını gözləyirdiniz?
- Biz sadəcə, bu oyuna ciddi yanaşdıq və qarşımızdakı komanda barədə düşünməməyə çalışdıq. Ona görə də belə bir qələbə qeydə alındı.

- Qarşıda sizi Premyer Liqa çərçivəsində "Zirə"yə qarşı oyun gözləyir. Uğurlu seriyanı davam etdirə biləcəksiniz?
- Bunu hamımız çox istəyirik. Artıq uduzmaq olmaz. Ancaq qələbə qazanmaq lazımdır.

- Növbəti rəqibinizi mövsümün sürpriz komandası adlandırmaq olar. Sizcə, "Zirə"nin əsas gücü nədədir?
- Bu komandanın oyunu xoşuma gəlir. Amma biz də "Neftçi"nin şərəfini qoruyuruq. Bu, xalqın komandasıdır, üç günlük klub deyil. Düzdür, onlarla ilk oyunda uduzmuşduq. Amma cavab görüşündə mütləq qələbə qazanmalıyıq.

- Öz çıxışınız barədə nə deyə bilərsiniz? Bəzi epizodlarda səhvlərə yol verdiniz...
- Hərdən belə olur. Əsas odur ki, zədə olmasın. Formamı isə gec-tez bərpa edəcəyəm. Forma yığdıqdan sonra bu cür səhvlər olmayacaq və komandama daha çox fayda verəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.