3 dekabr 2015 11:00
Qarabağın rəqibini kubokdan qovdular
Belçika Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Kortreyk"lə qarşılaşıb. Matç Ağdam klubunun rəqininin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə, "Anderlext" kubokla vidalaşmalı olub.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki son oyununu məhz Belçikada bu rəqibinə qarşı keçirəcək.
