3 dekabr 2015 00:50
Branimir Subaşiçin klubu 1/4 finalda
Serbiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Donyi Srem"lə qarşılaşıb. Matç Subaşiçin komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb. Amma Branimir bu görüşün iştirakçısı olmayıb.
Bu qələbə sayəsində "OFK Belqrad" adını 1/4 finala yazdırıb.
