3 dekabr 2015 00:40

SOCAR Bakıda Milanın Futbol Akademiyasını açacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (ABTM) idarə heyətinin sədri Xaliq Məmmədov “Milan” Futbol Akademiyasının baza məşqçisi Daniel Paccaqnan və “Milan” futbol klubunun xarici ölkələrdə fəaliyyət göstərən futbol akademiyaları üzrə meneceri Silvio Broli ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə SOCAR-ın Hüquq İdarəsinin rəis müavini, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin idarə heyətinin sədr müavini Şahin İsmayılbəyli, Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Siqve Austeim də iştirak ediblər.

Söhbət zamanı Bakı İstedadlar Təhsil Kompleksində “Milan” Futbol Akademiyası məktəbinin yaradılması məsələsi müzakirə edilib. Bildirilib ki, hazırda dünyanın müxtəlif ölkələrində “Milan” Futbol Akademiyasının 70-dən çox məktəbi fəaliyyət göstərir. Akademiyanın yetirmələri İtaliya klubları ilə yanaşı, bir çox xarici komandalarda da çıxış edirlər.

Qonaqlar dünyada məşhur olan “Milan” Futbol Akademiyasının Azərbaycan futbolunun inkişafına töhfə vermək arzusunda olduğunu vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanda Akademiyanın ilk addımı kimi Bakı İstedadlar Təhsil Kompleksində “Milan” Futbol Akademiyasının məktəbi təşkil ediləcək. Akademiyanın yaradılmasında məqsəd məktəbliləri erkən yaşdan təkcə futbola deyil, sağlam həyat tərzi və bədən tərbiyəsinə yönəltməkdir. Məhz buna görə də “Milan” Futbol Akademiyasının təlimlərinə futbolla yanaşı, digər idman növləri də daxildir. Akademiya qarşısına uşaqları erkən yaşlarından istedad kimi yetişdirmək məqsədini qoyub.

Xaliq Məmmədov Bakı İstedadlar Təhsil Kompleksində “Milan” Futbol Akademiyasının məktəbinin açılması ideyasının ABTM və onun təsisçisi SOCAR tərəfindən dəstəkləndiyini söyləyib. O, SOCAR-ın Azərbaycan futbolunun inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bu layihənin uğurla reallaşması üçün lazımi şərait və infrastrukturun yaradılacağını vurğulayan X.Məmmədov bu yolda “Milan” Futbol Akademiyasına müvəffəqiyyətlər arzulayıb.

Bu ilin oktyabrında Daniel Paccaqnan və Silvio Broli Bakı İstedadlar Təhsil Kompleksində olub, kompleksin futbol meydançasında, üzgüçülük hovuzunda və idman zallarında yaradılmış şəraitlə maraqlanıblar. “Milan” Futbol Akademiyasının nümayəndələri Bakı İstedadlar Təhsil Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndiriblər. (Azərtac)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.