3 dekabr 2015 00:30

Ruslan Qurbanov: Neftçi qış fasiləsinə kimi ilk üçlükdə yer almaq istəyir

"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan"a qarşı keçirdikləri oyundan (8:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Şadam ki, belə böyük hesabla qalib gəldik. Baxmayaraq ki, hədəfimiz belə böyükhesablı qələbə qazanmaq deyildi. Bu, bizim günümüz idi. Bu üzdən də səkkiz qol vurduq.

- Komandanız matçın taleyini elə ilk yarıda həll etsə də, yenə də hücumlarını davam etdirirdi. Bu, nə ilə bağlı idi?
- Yəqin ki, uşaqlar qol vurmaq, özlərini yeni baş məşqçiyə yaxşı tərəfdən göstərmək istəyirdilər.

- Bəs Samir Əliyevin dövründə niyə belə deyildi?
- Düzünü deyim ki, Əsgər Abdullayevin gəlişindən sonra komandada heç nə dəyişməyib. Sadəcə, onun təcrübəsi həlledici rol oynayır.

- Samir Əliyevin dövründə demişdiniz ki, futbolçular meydanda tam güclərini qoymurlar. Bəlkə elə həmin futbolçular baş məşqçi dəyişikliyinə nail olmaq istəyirmişlər və istəklərinə çatdıqları üçün indi yaxşı oynayırlar?
- Düşünmürəm ki, futbolçular Əliyevi başdan etdilər. Amma bütün futbolçuların meydanda can qoymadığı hiss olunurdu. Bəlkə də həmin sözlərim futbolçuların qulağına çatıb. Son üç oyunun hamısında qələbə qazanmışıq. Ya da ola bilsin ki, hansı klubun formasını geyindiklərini dərk etmirmişlər.

- "Qaradağ Lökbatan"ın timsalında birinci divizionun səviyyəsini necə qiymətləndirə bilərsiniz?
- Darmadağına baxmayaraq, rəqibimiz yaxşı komandadır. Onlara Premyer Liqaya vəsiqə qazanmaq yolunda uğurlar arzulayıram.

- Dünənki məşqdə daha çox əziyyət çəkmişdiniz, ya bu oyunda?
- Oyunda daha çox yoruldum. Oyundan öncə yüngül məşq etmişdik.

- "Neftçi"nin əksər oyunlarında tribunalar boş qalır. Niyə?
- Çünki Azərbaycanda ancaq nəticəni sevirlər. Üç il əvvəl biz Avropa Liqasında oynayanda, tribunalar dolu olurdu. İndi ancaq "Qarabağ"ın oyunları zamanı stadion dolu olur. Biz də dolu tribunalar qarşısında avrokuboklarda çıxış edəndə oynayacağıq. Bizdə ancaq avrokubok oyunlarına gəlirlər. Gördüyünüz kimi, çempionat maraqlı deyil.

- Qarşıda "Zirə" və "Qəbələ" ilə oyunlar var. Bu komandalara ilk dövrədə məğlub olmuşdunuz. Qələbə seriyanızı davam etdirə biləcəksiniz?
- Əlbəttə, bunu çox istəyirik və revanş almağın əleyhinə deyilik. Fasiləyə qədər ilk üçlüyə qalxmağı çox istəyirik.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.