3 dekabr 2015 00:15
Emil Balayev Bakıya döndü və Neftçinin oyununu izlədi
Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayev Bakıya gəlib. Azerisport.az xəbər verir zədə səbəbindən uzun müddətdir məşq edə və oynaya bilməyən Frankfurt təmsilçisinin qolkiperi ötən gün hətta sabiq komandası "Neftçi"nin Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ Lökbatan"a qarşı oyununu da izləyib.
Balayevin Bakıya səfərinin səbəbi dəqiq bilinmir. Son dövrlər onun Azərbaycan klublarından birinə qayıdacağı barədə xəbərlər dolaşmaqdadır. Balayevin "Qarabağ"a keçəcəyi bildirilir.
