2 dekabr 2015 17:40
Adil Şükürov: AZAL-la oyun düşündüyümüzdən daha çətin keçdi
“Zirə”nin baş məşqçisi Adil Şükürov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, zirəlilərin çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
“Oyun düşündüyümüzdən daha çətin keçdi. AZAL oyundan oyuna daha yaxşı təsir bağışlayır. Qalib gəlib, yolumuza davam etdiyimiz üçün çox sevinirəm. Gücümüz çatdığı qədər irəli getməyə çalışacağıq”.
