Novruz Əzimov: Rəvanla oyunda Hafiz Məmmədovu sevindirməyə çalışacağıq
Birinci divizionda çıxış edən "Bakı"nın baş məşqçisi Novruz Əzimov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kubok matçına hazırlaşırıq. Premyer Liqa klubuna qarşı oynayacağıq. Nəyə qadir olduğumuzu göstərmək istəyirik. Komandamızın üzvləri gənclərdir və bu oyun onların özlərini göstərməsi üçün bir şansdır. Onlar bu görüşdə diqqət mərkəzində olacaqlar. Ümid edirəm ki, bu imtahandan üzüağ çıxacaqlar. Bu gün klubumuzun prezidenti Hafiz Məmmədovun ad günüdür. Bu insan təkcə "Bakı"nın yox, bütövlükdə Azərbaycan futbolunun inkişafını düşünür. Bu yolda az iş görməyib. Fikrimcə, "Rəvan"l oyunda uğurlu nəticə onun üçün yaxşı hədiyyə olar. Onu sevindirməyə çalışacağıq".
