2 dekabr 2015 15:00

Maksim Medvedev: Həmin epizodda qayda pozuntusu yox idi

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ"ın "Neftçi"yə qalib gələcəyi gözlənildiyi halda, siz məğlub oldunuz...
- Oyunumuz alınmadı, qol vəziyyətlərindən yararlana bilmədik. Rəqib isə cərimə zərbəsindən gözəl qol vurdu. "Neftçi"ni bu qələbə münasibətilə təbrik edirəm.

- Niyə bu oyunda sol cinah müdafiəçisi kimi oynayırdınız?
- Baş məşqçi mənə həmin mövqedə oynamağı təklif etdi, mən də oynadım.

- Komandanı meydana kapitan kimi çıxarmışdınız. Sizcə, bu vəzifənin öhdəsindən gələ bildiniz?
- Elə oyunlar olur ki, özünü yaxşı tərəfdən göstərə bilirsən, bəzən də əksinə olur. Bu dəfə bizim start heyətimiz bir qədər fərqli idi. Ona görə də düşündüyümüz kimi oynaya bilmədik.

- Müsahibələrinizin birində demişdiniz ki, Rəşad Sadıqovun yoxluğu komandanızın çıxışına təsir göstərəcək, çünki o, meydanda çox danışır. Amma siz əksinə, az danışırdınız...
- Elə oyunlar var ki, danışdın, danışmadın, fərq etmir. Bir epizoddan başqa biz rəqibə qapımıza yaxınlaşmaq imkanı vermədik. Həm də mərkəz müdafiəçisi kimi sən hər kəsi yaxşı izləyə bilirsən, mən isə cinahda oynayırdım. Yalnız Elvin Məmmədovla əlaqə yarada bilirdim. Əks cinahda oynayan İlqar Qurbanovla Əfran İsmayılova necə qışqıra bilərdim?

- Yeri gəlmişkən, İlqar Qurbanov qol vursa da, qeydə alınmadı. Sizcə, orada ofsayd varidi?
- Mən həmin epizodu tam dəqiqliyi ilə izləməmişəm. Amma əksəriyyət bunu TV-dən izləyib və qol olub-olmadığını yaxşı bilirlər.

- "Neftçi"nin qolla nəticələnən cərimə zərbəsi sizin Ruslan Qurbanovu yıxmağınızdan sonra qeydə alındı...
- Mənim fikrimcə, həmin epizodda qayda pozuntusu yox idi. Ruslan topu özündən çox irəli buraxdı və mənə toxundu. Özünü yaxşı yerə atdığı üçün hakim cərimə zərbəsi təyin etdi.

- Hakimlə tez-tez mübahisə edirdiniz. Sizə elə gəlmir ki, belə bir oyunun gənc Ömər Paşayevə tapşırılması düzgün deyildi?
- Bu suala cavab vermək istəməzdim.

- Hakimlikdən razı qaldınız?
- Hakimlikdən danışmaq istəmirəm.

- Elə isə "Qarabağ"ın Avropa Liqasında Belçika "Anderlext"i ilə həlledici oyunda qalib gəlib, mərhələ adlamaq şansını necə qiymətləndirə bilərsiniz?
- Bizim pley-offa çıxmaq şansımız var. Bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.