2 dekabr 2015 14:40
Neftçi-70 - Unudulmayan keçmiş kitabı artıq satışda
Azarkeşlərin çoxsaylı müraciətlərini nəzərə alaraq “Neftçi-70 - Unudulmayan keçmiş” kitabı bu gündən etibarən satışda olacaq. Azerisport.az xəbər verir ki, kitabda paytaxt klubunun 1937-2007-ci illər ərzindəki oyunları, tarixi şəkillər və maraqlı statistik göstəricilər yer alıb.
Qiyməti 37 AZN olan kitabın satışı bu gün baş tutacaq “Neftçi” – “Qaradağ Lökbatan” oyunundan öncə, saat 16:30-dan etibarən həyata keçiriləcək.
Xatırladaq ki, bu gün saat 16:30-dan etibarən kitabla yanaşı, ötən mövsüm “Neftçi”nin əsas heyət futbolçularının geyindiyi formaların da satışı təşkil olunacaq. Formaların qiyməti isə simvolik olaraq 19 manat 37 qəpikdir.
