2 dekabr 2015 13:20

Əliyar Ağayev: Bu təyinat yoxlama xarakterlidir

Azərbaycanlı FİFA referisi Əliyev Ağayev Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində Avstriya "Rapid"i ilə Belarus "Dinamo"su arasındakı oyuna təyinat alması münasibətilə azerisport.az saytının suallarını cavablandırıb.

- Bu təyinatınızla bağlı nə deyə bilərsiniz?
- Buna görə şadam. Mənim üçün böyük məsuliyyətdir. Karyeramda vacib məqamdır. Bunu çoxdan gözləyirdim. Bu görüş mənim üçün bir tramplin olmalıdır.

- Son ana kimi sizin Avropa və ya Çempionlar Liqasına təyinat alacağınız bəlli deyildi...
- Çətin ki, ikinci kateqoriyaya aid hakimi birbaşa ÇL-in oyununa təyin edərdilər. 99 faiz əmin idim ki, Avroliqa matçına təyinat alacağam.

- Artıq sizə həvalə olunan komandaların turnir cədvəlindəki vəziyyəti ilə tanış olmusunuz?
- Hər şeyin həll olunduğu bir qrupun oyununa təyinat alacağımı gözləyirdim. Çünki bu, məni yoxlamaq üçün bir təyinatdır. "Rapid" artıq qrupdan çıxmağı təmin edib. "Dinamo" isə qrupdan çıxmaq şansını itirib. Amma bu oyunun hər iki komanda üçün vacib əhəmiyyət daşıdığına əminəm. Mənim üçün fərqi yoxdur. Əsas bu görüşü necə idarə etməyimdir. UEFA Hakimlər Komitəsinin rəhbəri italiyalı Pyerluici Kollinadır. İdarə edəcəyimiz görüşün hakim-inspektorunun İtaliyadan olması da təəccüblü deyil. Bütün bunlar əlavə məsuliyyət deməkdir. İdarə edəcəyim oyuna nəzarət güclü olacaq.

- Bu təyinatdan sonra nə gözləmək olar?
- Gələn il birinci kateqoriyaya keçirilməyimi gözləyirəm. Növbəti il mənim karyeramda çox vacibdir. Qiymətləndirməm yaxşı olsa, qrup mərhələsinin oyunlarına təyinat ala bilərəm.

- Deməli, sizi daha bu mövsüm avrokubokların pley-off oyunlarında görməyəcəyik?
- İnanmıram ki, ikinci kateqoriyadan olan hakimə belə təyinat versinlər.

- Bu təyinat Azərbaycan futbolu üçün necə qiymətləndirərdiniz?
- Bu təyinatı şişirtməyin tərəfdarı deyiləm. Bizim dünya çempionatlarında, olimpiya oyunlarında idarəçilik edən hakimlərimiz olub. Biz daha artığına nail olmağa çalışmalıyıq. Bu, əvvəllər nail olduqlarımızla müqayisədə elə də böyük uğur deyil.

- 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına təyinat almaq kimi hədəfiniz var?
- İstəyərdim. Amma bunun üçün vaxtım azdır. Buna görə elit kateqoriyada yer almağım lazımdır. Həmin kateqoriyada 29 hakim yer alır, onların da 7-8-i Avropadandır. Elit kateqoriyada yer almağı 2-3 ildən sonraya planlaşdırıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.