2 dekabr 2015 13:00
Samir Abasovu Neftçalaya buraxmadılar
"Sumqayıt" Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı "Neftçala" ilə səfər oyununa baş məşqçisiz çıxacaq. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı Samir Abasov bu oyunda komandasının yanında ola bilməyəcək.
Məsələ burasındadır ki, o, hazırda bir sıra gənc mütəxəssislərlə birgə AFFA tərəfindən təşkil olunan A kateqoriyalı məşqçi kurslarında iştirak edir. Bu üzdən də onun həftəiçi baş tutan bu görüşdə iştirakı mümkün deyil.
Abasovun yoxluğunda "Sumqayıt"ı "Neftçala" ilə oyuna onun köməkçiləri çıxaracaq.
