2 dekabr 2015 12:00
Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində
FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, o, həlledici turun Avstriyada keçiriləcək yerli "Rapid"lə Belarus "Dinamo"su arasındakı oyunu idarə edəcək.
Ona adları aşağıda göstərilən hakimlərimiz yardımçı olacaq:
“Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus)
10 dekabr. Vyana. Ernst Happel stadionu
Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
Dördüncü hakim: Mübariz Haşımov.
