2 dekabr 2015 11:40

Orxan Sadıqlı: Qışda mən də klub rəhbərliyi ilə görüşüb, ayrılmağı müzakirə edəcəyəm

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Qarşıda "Kəpəz"lə kubok oyunu var. "Xəzər Lənkəran" bu oyunda da çempionat görüşlərindəki kimi çıxış edəcək?
- "Kəpəz"in yeni, döyüşkən heyəti var. Amma biz evdə oynayacağıq, "Kəpəz" də dişimizə görə rəqibdir. Qələbəyə oynayacağıq. Ən azından bu mərhələni keçib, 1/4 finala çıxmaq istəyirik.

- Çempionatın son turunda "Zirə"yə qarşı pis oynamasanız da, meydanı məğlub tərk etdiniz...
- Onların da qol vəziyyətləri vardı, bizim də. Amma biz qol şanslarımızdan yararlana bilmədik. Düzdür, qolu da biz vurduq, uduzan da biz olduq. Lakin heç kim avtoqol vurmaq istəməz. Çünki belə olmasaydı, ən azı bir xal qazana bilərdik. Artıq həmin məğlubiyyəti unudub, "Kəpəz"lə görüşə ciddi hazırlaşmalıyıq.

- Sonuncu dəfə nə vaxt belə avtoqol görmüsünüz?
- Qol gözəl alındı (gülür).

- "Zirə" ilə oyunu həm də 10 nəfərlə başa vurdunuz. Klubunuz əvvəlki iddiasını itirəndən bəri sizə qarşı hakimlərin münasibəti də dəyişib?
- Hakim həm bizim, həm də rəqib futbolçunu meydandan qovmaqla düz etdi. Baxmayaraq ki, Elşən Rzazadə qəsdən kobud oynamamışdı. Təkrarda da bu görünürdü. Biz əvvəllər də hakim səhvlərinə görə xallar itirirdik. İndi çempionluq uğrunda oynamasaq da, hakimlərin bizə qarşı fərqli münasibət göstərdiyini deməzdim.

- Rasim Ramaldanov klubdan ayrıldı. Rahid Əmirquliyev, Sadio Tounkara, Tural Cəlilov və Adrian Skarlatake də getməyə hazırlaşır. Klubunuz bu xaosdan necə çıxacaq?
- Yayda etdiyimiz transferlərimiz oynaya bilsəydi, indi biz liderlər qrupunda idik. Bu, həm də çempionatın səviyyəsini göstərir. Rasimin, Rahidin, Sadio və Skarlatakeinin gedişi komandamıza çox pis təsir edəcək.

- Bəs onları necə saxlamaq olar?
- Klubumuzda maliyyə çətinlikləri var. Bu barədə qərarları isə klub rəhbərliyi verir.

- Sizə elə gəlmir ki, bu gedişlə XL çempionatdakı çıxışını dayandırmalı olacaq?
- Bizə deyiblər ki, nə qədər ki, "Palmali" var, "Xəzər Lənkəran" da olacaq. Amma təbii ki, iddia söhbəti də var. Mükafatçılar sırasında olacağımızı deyə bilmərəm. XL öz gücünü itirir. Yanvardan etibarən tam yeni komanda qurulacaq. Orta səviyyəli bir komanda olacağıq. Bu, müvəqqətidir. Dekabrın 20-nə qədər əlimizdən gələni edəcəyik. Ondan sonra isə rəhbərliyin nə qərar verəcəyini biləcəyik.

- Siz başqa klublardan təklif almamısınız?
- Hər bir futbolçuya təklif olur. Azərbaycanda qapıçılarla bağlı problem var. Mən "Xəzər Lənkəran"ın sayəsində bu səviyyəyə çatmışam. Mənə təkliflər olsa da, hələ ki, dekabrın 20-nə qədər komandamın çıxışı barədə düşünürəm. Ondan sonra klub rəhbərliyi ilə görüşüb, təkliflərə baxacağam.

- Klubda baş verənlər sizə necə təsir edir?
- Hər oyuna eyni psixologiya ilə çıxmaqdan yorulmuşam. Hər an düşünürük ki, indicə qol buraxacağıq. Bu, mənə də çox pis təsir edir. Əvvəllər hər oyuna qələbə qazanmaq üçün çıxırdıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.