2 dekabr 2015 11:20
"Neftçi üzərində qələbəyə görə mükafat yalan məlumatdır"
"Qaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyunda qalib gələcəkləri halda "Neftçi İdman Klubu" İctimai Birliyinin başçısı Sadıq Sadıqovun hər kəsə 3000 manat mükafat verəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu söhbətlər həqiqəti əks etdirmir. Birinci divizionda çıxış edən futbolçuların aylıq qazancı hər kəsə yaxşı bəllidir. Yəni bu, yalan məlumatdır. Kubokdakı rəqibimiz - "Neftçi" Azərbaycan futbolunun tarixidir. Belə bir komandaya qarşı oynamaq futbolçularımız üçün böyük şərəfdir. Bu cür şans qazanmağımız bizim üçün hər şeydən vacibdir".
