2 dekabr 2015 11:00
Karşıyakanın prezidenti: Kamran Ağayev asanlıqla ayrıla bilməz
Türkiyənin "Karşıyaka" klubu Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev də daxil olmaqla futbolçularının maaşını aylardır ki, verə bilmir. Azerisport.az xəbər verir ki, bu üzdən müqaviləyə əsasən futbolçular dekabr ayının 1-dən etibarən anlaşmanı birtərəfli qaydada pozub, komandadan ayrıla bilərlər.
Amma klub prezidenti Ali Erten bunu təkzib edib. O bildirib ki, futbolçular belə asanlıqla gedə bilməzlər: "Onlar öncə notariusdan sənəd alıb kluba təqdim etməli və borclarının ödənilməsi üçün bizə bir ay vaxt tanımalıdırlar. Bu müddər ərzində isə klubun konqresi baş tutacaq və borcların ödənib-ödənilməməsinə də yeni rəhbərlik qərar verəcək".
