2 dekabr 2015 00:15

"Heç bir həkim istəməz ki, futbolçu ağır zədə alsın"

Ötən gün “Kəpəz”in həkimi Şıxəli Həsənov doğum gününü qeyd edib. Azerisport.az xəbər verir ki, futbol sahəsində həkimliyə Gəncə klubunda başlamış Həsənov əlamətdar günündə "Kəpəz"in saytına müsahibə verib:

- Təbrikinizə görə minnətdaram. Sözün düzü, hamı kimi mən də doğum günü ilə bağlı təbriklər gözləyirəm. Zəng vurub xoş söz deyənlər də var, amma hələ gözlədiyim təbriklər də az deyil. Hədiyyəyə gəlincə, həmişə həkimlər hədiyyə alan olur (gülümsəyir).

- Doğum gününüzü yenə səfərdə qeyd edəcəksiniz...
- Futbola gəldiyim ilk gündən bu günə kimi doğum günlərimi bir qayda olaraq evdən kənarda komanda ilə birgə qeyd etmişəm. Ailəmin içində olmamışam. Təbii ki, evdə olan günü yaxınlarımın əhatəsində məclis qurulur.

- Futbola gəlişiniz necə olub?
- Ali məktəbi bitirdikdən sonra təyinatla Gəncəyə gəlmişəm. 1993-cü ildən Təcili Tibbi Yardım Stansiyasında çağırışçı həkim vəzifəsində çalışmağa başlamışam. Yaxın dostum, həmkarım Namiq Nəbiyevin məsləhəti ilə 2002-ci ildə futbol sahəsinə gəlmişəm, “Kəpəz”ə keçmişəm. Bu günə kimi də çalışıram, futbolu seçdiyimə görə də peşman deyiləm. 

- “Kəpəz”lə yanaşı, ölkənin digər klublarında da işləmisiniz...
- Bəli, indi “Qəbələ” adlanan klubda, eləcə də “Araz Naxçıvan”da işləmişəm. Hansı komandaya getmişəmsə, mənim üçün xoş olub. Onu da deyim ki, 11 il öncə Şahin Diniyev “Kəpəz”ə başçılıq edəndə komandanın tərkibində olmuşam, elə cari mövsümün əvvəlində Şahin müəllimin dəvəti ilə yenidən kluba qoşuldum. Həmişə çalışdığım klublarda bacardığımın və bacarmadığımın artığını etməyə çalışmışam.

- Necə düşünürsünüz, idman sahəsində çalışan həkim olmaq asandır, yoxsa çətin?
- Çətindir və eyni zamanda daha çox məsuliyyətlidir. Bu tək səfərlərdə çox olmaqla bağlı deyil. Sadəcə, elə bir zədələr və ya xəstəliklər olur ki, qısa müddətdə aradan qaldırmalısan. Futbolçunu tez bir vaxtda oyun üçün hazırlamalısan. Məsuliyyəti hiss edib oyunçunun üzərində işləyirsən, bəzən bir sutka, bəzən isə yarım günə onu bərpa edib oyuna çıxarmalısan. Zədənin və xəstəliyin əziyyətini, ağrısını həkim futbolçu ilə birgə çəkir.

- Zədə ilə bağlı elə bir hadisə olub ki, yadınızda daha çox qalsın?  
- Olub, çox olub. Zədəli futbolçunu tez bir zamanda ayağa qaldıranda zəhmətim boşuna getmədiyi üçün fərəh hissi keçirmişəm. Bəzən elə zədələr olub ki, müdaxilə edə bilməmişəm və əməliyyat qaçılmaz olub. Həmin vaxt peşmanlıq çəkmişəm. Oyunçu zədə alıb futboldan kənarda qalanda həkim əziyyət çəkir. Heç bir həkim istəməz ki, futbolçu ağır zədə alsın. Zədə almaq da həkimdən yox, oynamaqdan asılıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.