1 dekabr 2015 17:40

Əfran İsmayılov: Neftçi ilə matçın ədalətli nəticəsi heç-heçə idi

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Neftçi"yə qarşı oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Avroliqada İngiltərə "Tottenhem"inə məğlubiyyətdən sonra çempionatda "Neftçi"yə də uduzdunuz. Halbuki, əksəriyyət "Qarabağ"dan qələbə gözləyirdi...
- "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün yaxşı futbol sərgilədilər. Buna baxmayaraq, bizim qol vəziyyətlərimiz rəqibdən daha çox idi. Əsas nəticədir ki, onu da "Neftçi" qazandı. Belə olur. Məğlubiyyətə görə özümüzə bəraət qazandırmaq, yorğun olduğumuzu demək istəməzdim. Heyət hər oyunda dəyişir, bu da bir qədər çətinlik yaşadır.

- Matçın nəticəsini ədalətli sayırsınız?
- Mənim fikrimcə, "Neftçi" ilə oyunun heç-heçə bitməsi daha ədalətli nəticə olardı. Amma yenə də "Neftçi"ni təbrik edirəm.

- Siz yorğunluğun məğlubiyyətinizdə rolunun olmadığını deyirsiniz. Amma Elvin Yunuszadə məhz yorğunluqdan şikayətlənib...
- Xeyr, yorğunluq məğlubiyyətimizə bəraət qazandıra bilməz. Həm də Elvin yorğunluqdan niyə şikayətlənir ki? Axı o, Avroliqada oynamır.

- Sizə elə gəlmir ki, "Tottenhem" və "Neftçi" ilə oyunlarda rəqibin cərimə meydançasına yaxınlaşandan sonra nə edəcəyinizi bilmirdiniz?
- "Neftçi" ilə oyundakı epizodların birində qapıya zərbə vurdum. Sadəcə, top qapı dirəyinə tuş gəldi. Bu, futboldur, alınmayanda alınmır.

- "Neftçi" ilə oyunadək əsas izləyicilərinizi 9 xal qabaqlayırdınız. Oyuna çıxarkən xal fərqini düşünürsünüz?
- Sizi əmin edirəm ki, mən heç xal fərqinin nə qədər olduğundan xəbərsiz idim. Əsas odur ki, liderik. Bu tempdə də davam etməliyik. "Qəbələ" də lider idi, indi isə onlar xal itirə-itirə gedir. Xal itkiləri hələ çox olacaq. Əsas bu məğlubiyyətdən dərs çıxarmağımızdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.