1 dekabr 2015 16:00

Şahin Diniyev: Gücümüzü Sumqayıtla çempionat matçına saxlayacağıq

“Sıx yarış qrafiki yaranıb, bizim də iki heyətimiz yoxdu ki, həm kubokda, həm də çempionatda mübarizə aparaq. Bir yerə köklənməliyik”. Azerisport.az xəbər verir ki, bu fikirlər “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdur.

“Xəzər Lənkəran”la ölkə kubokunun 1/8 final mərhələsinin oyunu öncəsi klub saytına açıqlamasında təcrübəli mütəxəssis belə deyib: “Üç gündən bir oyun olanda çatdırmaq çətindir. Lənkəranda az güc sərf edib qələbə qazanmağa çalışacağıq. Oynamayan futbolçulara şans verəcəyik. Əsas gücümüzü “Sumqayıt”la çempionat matçına saxlayacağıq. Bununla belə, kubok görüşünə də elə-belə baxmırıq. “Kəpəz”in formasının geyinən hər bir futbolçu komandanın əsas heyətinin üzvü sayılır. Az oynayanlara şans yaradacağıq ki, özlərini göstərsinlər”.

“Xəzər Lənkəran” - “Kəpəz” komandaları indiyədək Azərbaycan kubokunda qarşılaşmayıblar. Bu mənada tərəflər dekabrın 2-də ilk dəfə üz-üzə gələcəklər: “Bu gün Premyer Liqada demək olar ki, zəif rəqib yoxdur. Zəif deyilən klublar çempionatda qələbələr qazanıb xal yığmağa başlayıblar. Hər bir komanda liderləri büdrətmək gücünə malikdir. Bütün oyunlar üçün maksimum güc sərf etmək lazımdır. Asan və yarı güclə oyun udmaq mümkün deyil. “Xəzər Lənkəran” güclü rəqibdir. Doğma meydanda azarkeşlərinin önündə oynayacaqlar və qələbə qazanmağa çalışacaqlar. Asan oyun olmayacaq”.

Sabah kubok oyunu ilə iki cəbhədə mübarizəyə başlayacaq “Kəpəz” Topaz Premyer Liqasında 14 turdan sonra turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Komandanın 20 xalı var: “Kubokda hələ ki, dəqiq strategiyamız yoxdur. Ona görə ki, heyətimiz geniş deyil, rotasiya etmək imkanımız azdır. Ancaq gələcəyə nikbin baxırıq, kubokda nə qədər uzaq gedə bilsək, gedəcəyik. Sizə açıq deyirəm, əsas gücümüzü çempionat oyunlarına yönəldəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.