1 dekabr 2015 12:45

Xəzər Lənkəranda 6-cı gənc və yubilyarlar

Topaz Premyer Liqasının 14-cü turunun “Zirə” ilə səfər oyununda “Xəzər Lənkəran” məğlub olsa da (0:1), bu matç həm debüt, həm də yubileylərlə yadda qaldı. Azerisport.az xəbər verir ki, qarşılaşmanın gedişində meydana daxil olan Namiq Qocayev karyerasında ilk dəfə rəsmi matçda əsas komandanın formasını geyindi.

O, klubunun tarixinə 195-ci futbolçu kimi düşüb. Qocayev milliləşənlər də nəzərə alınmaqla 112 legionerə güvənən komandanın 83-cü yerli futbolçusu olub. Gənc futbolçu Premyer Liqada “Xəzər Lənkəran” forması geyinən 188-ci oyunçudur.

Qocayev “Xəzər Lənkəran”da 17 yaş 348 günlüyündə debüt edib. O, klub tarixinin 6-cı gənc (18 yaşdan aşağı) oyunçusudur. Bu göstəricidə rekord Elnur Cəfərova məxsusdur – 15 yaş 321 gün. Kazım Kazımlı 16 yaş 67 günlük, Fikrət Ulduzlu 16 yaş 237, Rahid Əmirquliyev 16 yaş 344 günlük, Kamran Abdullazadə 17 yaş 144 günlük olarkən bu komandada rəsmi matça çıxıb.
 
18 yaşı tamam olmamış “Xəzər Lənkəran”da debüt edən 6 oyunçudan biri olan Əmirquliyev isə komandasının heyətində 250-ci çempionat görüşünə çıxıb. “Ağ-yaşıllar”ın formasında ümumilikdə 315-ci oyununu keçirən kapitan “Zirə”ylə matçda çempionat oyunlarını 250-yə çatdırıb. Əvvəllər “Şahdağ”da çıxış edən yarımmüdafiəçi ümumilikdə Premyer Liqada 306 oyun keçirib.
 
14-cü turun oyunu baş məşqçi Yunis Hüseynov üçün də əlamətdar olub. O, baş məşqçi karyerasında 200-cü Premyer Liqa görüşündə iştirak edib. Təcrübəli mütəxəssis bu matçların 35-ni “ağ-yaşıllar”ın “sükanı arxasında” keçirib. Ümumilikdə isə Hüseynov bu komandanı 40 oyuna çıxarıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.