1 dekabr 2015 11:30

Arif Əsədov: Neftçi Əsgər Abdullayevlə yola davam etməlidir

"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"da nə baş verir? Sizcə, bu klub da indiki gedişlə tarixin yaddaşına qovuşa bilərmi?
- Hər şey klubun dağılmasına doğru gedir. Ümid edirəm ki, bu baş verməyəcək. Hər şeyə səbəb maliyyə problemidir. Maliyyə yoxdursa, klub da yoxdur. Aparıcı klublarımızın bir-birinin ardınca zəifləməsindən yaxşı heç nə gözləməyə dəyməz. "İnter" də hazırda bu yoldadır. Düzdür, bakılılar hazırda liderlər qrupundadırlar. Amma onların da ciddi maliyyə problemləri var. Vəziyyətdən ən asan çıxış yolu gənclərə şans verməkdir. "Xəzər Lənkəran"da da bunu görürük.

- Bu, yaxşıdır, ya pis?
- Müsbət tərəfləri də var, mənfi cəhətləri də. Yaxşısı ondan ibarətdir ki, gənc futbolçular özlərini göstərmək imkanı qazanacaqlar, Premyer Liqa həyəcanını hiss edəcəklər. Amma çempionatın səviyyəsi baxımından mənfi haldır. Biz yenə də futbolçularımızın ehtiyac üzündən xarici ölkə çempionatlarına üz tutduğu dövrlərə qayıdırıq.

- "Neftçi" Əsgər Abdullayevin rəhbərliyi altında "Xəzər Lənkəran" (2:0) və "Qarabağ"a (1:0) qarşı prinsipial oyunlardan qalib ayrıldı. Onun təyinatını nə dərəcədə düzgün hesab edirsiniz?
- Klub rəhbərliyi komandanı belə təcrübəli mütəxəssisə həvalə etməklə düzgün seçim etdi. Amma bu iki qələbə onların bütün problemlərinin geridə qaldığı anlamına gələ bilməz. Sadəcə, başlanğıc olaraq yaxşıdır. Abdullayev təcrübəli məşqçidir və belə vəziyyətdə nəyi necə etmək lazım olduğunu yaxşı bilir.

- Sizə elə gəlmir ki, "Neftçi" Samir Əliyevi daha tez təcrübəli məşqçi ilə əvəzləməliydi?
- Elə olsaydı nə baş verəcəyini demək çətindir. Əliyev gənc mütəxəssisdir və təcrübəsi bir qədər azdır. Amma onun böyük istəyi vardı və şübhəsiz ki, rəhbərlik də ondan çox şey gözləyirdi.

- Abdullayevi bu nəticələrdən sonra xarici məşqçi ilə əvəzləməyə dəyər?
- Bu, klubun daxili işidir. Amma kənardan baxsaq, nəticə verən məşqçi niyə işindən kənarlaşdırılmalıdırlar? Fikrimcə, onunla yola davam etmək lazımdır. Eyni zamanda ilin sonunadək nəyin necə olacağını indidən demək də çətindir.

- "Qarabağ" "Tottenhem"in ardından "Neftçi"yə də uduzdu. Bu, komandanın oyun planındakı böhranla bağlıdır, ya sıradan məğlubiyyətdir?
- Daha çox sonuncu variant inandırıcı görünür. Həm də nəzərə almaq lazımdır ki, komanda iki cəbhədə mübarizə aparır. Üstəlik, "Tottenhem"lə Avroliqa matçından sonra Premyer Liqa matçına köklənmək asan deyil. Burada rəqibin kim olmasının da əhəmiyyəti yoxdur. Komandada psixoloji yorğunluq vardı. Məsələn, "Neftçi"nin "Qarabağ"la müqayisədə qələbə qazanmaq istəyi daha çox idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.