1 dekabr 2015 00:00
Qəbələnin rəqibi Rostova qalib gəldi
Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Rostov"la qarşılaşıb. Matç 2:1 hesabı ilə "Qəbələ"nin rəqibinin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Krasnodar" hazırda 27 xalla 6-cı pillədə qərarlaşıb.
