30 noyabr 2015 18:00

Tadas Simaitis: Oyun günü mən lotereyada uddum

“Kəpəz”in qolkiperi Tadas Simaitis klub saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Tadas, “İnter” ilə oyunda 11 metrlik cərimə zərbəsini dəf edib komandanı qoldan xilas etdin...
- Penalti zərbələri adətən lotereya kimi qəbul olunur, vura da bilərsən, vurmaya da. Oyun günü mən lotereyada uddum (gülür). Bundan əvvəl qapımıza təyin olunan iki 11 metrlik cərimə zərbəsini zərərsizləşdirə bilməmişdim. Bu dəfə alındı.  

- Sanki zərbəni dəf edəcəyinə əmin idin. Rəqib futbolçunun qarşısında soyuqqanlı durmuşdun və onun topu hara vuracağını hiss etdin.
- Zərbənin hara vurulacağını təxmin etmək çətindir. Son anda rəqib oyunçunun topu hara vuracağını yəqin etdim və ora doğru tullandım. Onu topun başına keçəndən zərbə vurana kimi diqqətlə izlədim və istiqaməti doğru tapdım. Zərbəni dəf edə bildiyim üçün sevincliyəm, amma qəhrəman deyiləm. Çünki üzərimə düşən işi yerinə yetirdim.

- “İnter”lə oyunun nəticəsi haqda nə deyə bilərsən?
- Bakı klubu ilə oyunda heç-heçə bizim üçün heç də yaxşı nəticə sayıla bilməz. Yaxşı oynayırıq, təhlükəli hücumlar qururuq, amma qol vura bilmirik. Qələbə qazanmaq üçün həm də fərqlənmək lazımdır. Matçdan əvvəl desəydilər ki, rəqib penaltidən istifadə edə bilməyəcək və oyun heç-heçə bitəcək, bunu yaxşı nəticə saymaq olardı. Amma bu qədər qol epizodundan qol vurmadıqdan sonra hesaba təəssüflənmək olar. Biz sözlə, oyunu udmalıydıq.

- Qarşıda “Xəzər Lənkəran”la kubok oyunu var. Bu görüş haqda nə fikirləşirsən?
- Qələbə və mərhələ adlamaq üçün səfərə yollanacağıq. Yalnız çempionat oyunlarını yox, eyni zamanda kuboku fikirləşmək lazımdır. Kubokun bu mərhələsi bir oyundan ibarətdir və bu qarşıdakı matçın əhəmiyyətini artırır.

- Gəncə azarkeşləri sizi çox sevir...
- Fanatlarımız haqda ancaq xoş sözlər deyə bilərəm. Bizi ürəklə dəstəkləyir, oyunun sonuna kimi qələbəyə səsləyirlər. Azarkeşlərin sevimlisi olmaq qürurvercidir. Onlar komandanın “12-ci oyunçu”su sayılırlar. “Kəpəz”in heyətində bu qədər azarkeşin önündə oynamaq olduqca xoşdur. Fanatlarımız superdirlər, onlara hər şeyə görə minnətdaram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.