30 noyabr 2015 14:00

Rahid Əmirquliyev: Yerli klublardan birinə keçməyim daha yaxşı olardı

"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- Rasim Ramaldanov "Xəzər Lənkəran"ı tərk edən ilk futbolçu oldu. Amma digər təcrübəli futbolçuların da komandadan getməyə hazırlaşdığı bildirilir. Siz nə qərar vermisiniz?
- Artıq klub rəhbərliyi ilə söhbət etmişik. Razılığa da gəlmişik. Dekabrın sonundan etibarən "Xəzər Lənkəran"dan ayrılacağam. Heç bir inciklik yoxdur. Qarşılıqlı razılıq əsasında ayrılmağa qərar verdik.

- Yəqin ki, əhvalınız heç də yaxşı deyil...
- Mən bu klubdan gedişimi belə təsəvvür etmirdim. Çünki neçə ildir bu komandada çıxış edirdim. Amma indiki vəziyyət bu şəkildə ayrılmağımızı şərtləndirdi.

- Bəs mətbuatda adları hallandırılan digər futbolçuların taleyi necə olacaq?
- Komandadan getmək istəyən hər bir futbolçu klub rəhbərliyi ilə ayrılıqda görüş keçirəcək. "Xəzər Lənkəran" gələn ildən ancaq gənc futbolçulara üstünlük verəcək.

- Dekabrın sonunadək "Xəzər Lənkəran"ın həm kubokda, həm də Premyer Liqada oyunları var. Siz həmin görüşlərdə iştirak edəcəksiniz?
- Həmin görüşlərdə oynayacağam. Komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.

- Hələ yayda sizinlə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun maraqlandığı bildirilirdi...
- Mən də bu barədə eşitmişdim. Amma özümlə heç kim danışıq aparmamışdı. Dekabrdan sonra harada oynayacağım hələ məlum deyil.

- Başqa ölkəyə getməyiniz mümkündür, ya Azərbaycanda qalmağa üstünlük verəcəksiniz?
- Xarici klublardan iki təklif var. Biri Türkiyə klubudur. Digərini isə demək istəmirəm. Amma etiraf edim ki, vətəndə qalmaq daha yaxşı olardı.

- Açıq danışsaq, sizin kimi futbolçu ilə hazırda ancaq "Qəbələ", "Qarabağ" və "Neftçi" maraqlana bilər...
- Niyə ki? Digərləri də maraqlana bilər. "Qəbələ" və ya "Qarabağ" mənimlə maraqlanmasa, necə olacaq?

- Hər halda bu, inandırıcı görünmür ki, siz avrokuboklara düşmək şansları az olan komandalara, məsələn, "Kəpəz"ə keçəsiniz...
- Əlbəttə, mən də qarşısına hər mövsüm yüksək hədəflər qoyan klubda oynamaq istəyərəm. Amma hələ yerli klublardan heç bir konkret təklif almadığımdan, bu barədə danışmaq çox tezdir. Bütün bu işlərlə menecerim məşğul olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.