30 noyabr 2015 11:00

Rəhman Hacıyev: Neftçi indi oyunlara daha ciddi hazırlaşır

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Topaz Premyer Liqasının 14-cü turunun "Qarabağ"a qarşı oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Ağdam klubu ilə oyunu necə şərh edə bilərsiniz?
- Oyun çox ağır keçdi. Amma biz meydana qələbə üçün çıxmışdıq. Uzun müddət idi "Qarabağ"a qalib gələ bilmirdik. Ona görə də bu qələbəmizə çox şadam. Sonadək mübarizə apardıq və zəhmətimizin bəhrəsini gördük. Matçdakı yeganə qolu mən vursam da, bu qələbə bütöv komandanın uğurudur. Artıq "Qarabağ"la oyun geridə qaldı. Qarşıdakı görüşlərə hazırlaşmalıyıq.

- Samir Əliyevin gedişindən, Əsgər Abdullayevin gəlişindən sonra "Xəzər Lənkəran" və "Qarabağ"a qalib gəlmisiniz. Komandada nə dəyişib ki?
- Sadəcə, futbol belədir. Zəif rəqib olmur. Biz bunu hər oyunda görürük. Ciddi heç nə dəyişməyib. Amma oyunlara daha ciddi hazırlaşırıq.

- Belə çıxır ki, Samir Əliyevin dövründə komandada motivasiya və özünəinam istənilən səviyyədə deyildi?
- Mən belə deməzdim. Əvvəlki uğursuzluqları mən bəxtsizliklə əlaqələndirərdim.

- "Neftçi"nin yenidən avrokuboklara vəsiqə uğrunda mübarizəyə qoşulduğunu demək olar?
- Əlbəttə. Biz də bunun üçün çalışırıq. "Neftçi" elə klubdur ki, onun adı çox şey deyir. Biz hər oyuna qələbə üçün çıxırıq. Hətta kubok görüşlərində də uğurlu nəticə üçün mübarizə aparacağıq.

- Birinci hissədə cərimə zərbəsini Ruslan Qurbanov vursa da, hədəfə düşə bilmədi. Amma ikinci yarıda siz cərimə zərbəsini qola çevirdiniz...
- Birinci epizod zamanı o, özünə inandığını və zərbə vurmaq istədiyini bildirdi. Mən də dedim ki, bir halda özünə inanırsan, vur. Amma növbəti epizodda mənə dedi ki, sən vur. Üstəlik, bildirdi ki, tələsmə, həyəcanlanma.

- İkinci hissədə topu daha çox özünüzdə saxlamağınız baş məşqçinin tapşırığı idi?
- Birinci hissədən sonra Əsgər Abdullayev oyunla bağlı bəzi tapşırıqlar verdi və biz fərqli oynamağa başladıq. Hərdən geriyə qayıdır, hərdən də komanda yoldaşlarımı əks-hücuma çıxarırdım. Bir sözlə, baş məşqçinin dediklərini etməyə çalışırdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.