30 noyabr 2015 18:55

Rəvan Qəbələdə qələbəni son anda əldən verdi

Bu gün Topaz Premyer Liqasında 14-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də bir görüş baş tutub.

Turun qapanış matçında “Qəbələ” “Rəvan”la münasibətlərinə aydınlıq gətirib. Xeyli müddət idi qələbəyə həsrət qalan "Qəbələ" nəhayət, bu həsrətinə autsayderlə görüşdə son qoymaq istəyindəydi. Amma son iki turda qələbə qazanan paytaxt təmsilçisi bu turda da böyük sensasiyaya imza atmağa çox yaxın olub. Bakılılar yalnız son saniyələrdə qələbəni əldən verərək, heç-heçə ilə kifayətləniblər.

Topaz Premyer Liqası
14-cü tur

30 noyabr (bazar ertəsi)

“Qəbələ” - “Rəvan” - 1:1 (0:0)
Qollar: T.Qürbətov, 66 (0:1). F.Pereyra, 90+5 (1:1).
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 7. Ermin Zet, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Rəvan”: 32. Konstantin Maxnovski, 11. Şeriff Suma, 19. Tural Qürbətov, 99. Nicat Muxtarov, 17. Ramazan Abbasov (k), 2. Ruslan Tağızadə, 13. Cəmşid Məhərrəmov, 6. Vüqar Bəybalayev, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 14. Elvin Əliyev.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 15. Ceyhun Abdullayev, 39. Əlibəy Məmmədli, 91. Urfan İsmayılov, 55. Hüseyn Axundov, 21. Novruz Məmmədov, 20. Kənan Manafov.
Baş məşqçi: Bəhmən Həsənov.

Turun digər oyunları: “Kəpəz” - “İnter” - 0:0, AZAL - “Sumqayıt” - 2:0, “Zirə” - “Xəzər Lənkəran” - 1:0, “Neftçi” - “Qarabağ” - 1:0.

Bombardirlər:
6
- Riçard Almeyda ("Qarabağ").
5 - Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.