30 noyabr 2015 00:05

Çingiz Abdullayev: Əsgər Abdullayevin uğurlarına sevinsək də, fikrimizi dəyişməmişik

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

"Komandamız yaxşı oynadı. Sevindiri haldır ki, belə bir oyunda qol buraxmadıq. Kimlərsə bu futbolçuların futbol oynamağı bacarmadığını deyirdi. Amma indi onların necə oynadığını hər kəs gördü. Həmçinin son iki oyunda heç bir xal qazanacağımızı da təxmin edənlər var idi. Lakin biz çox uğurlu nəticələrə imza atdıq".

Klub rəhbəri baş məşqçi postuna gətirdikləri Əsgər Abdullayevin bu nəticələrindən sonra onun qışda əcnəbi mütəxəssislə əvəzlənməsinin mümkünlüyü barədə də danışıb: "Heç nə dəyişməyib. Planlarımız olduğu kimi qalır. Əlbəttə, Abdullayevin rəhbərliyi altında uğurlu nəticələrə imza atmağımız bizi sevindirir. O, komandada qalacaq. Ola bilər ki, baş məşqçi kimi qalsın. Amma mən fikrimi dəyişməyi xoşlamıram. İstənilən halda, Əsgər Abdullayev ilin sonunadək baş məşqçidir. Əsgəri dəstəkləmək istəyirik. Lakin hazırda əsas hədəfimiz əcnəbi mütəxəssisdir. "Neftçi" heç də yaxşı vəziyyətdə deyil. Oyun planında daha da artırmaq istəyirik. Azərbaycanda bizim klub çox sevilir. Digər klublara hörmətlə yanaşıram. Amma qalan 9 klubun hamısını götürsək, "Neftçi"nin tərəfdarları onlardan artıq olar. Uğurlar qazanmağa davam etmək istəyirik".

Abdullayev "Qarabağ" üzərindəki qələbənin önəmindən də danışıb: "İki ildən çox idi ki, "Qarabağ"a qalib gələ bilmirdik. Bu rəqiblə ötən oyunda da pis oynamamışdıq. Lakin matçın sonlarındakı şübhəli penalti bizi qələbədən etdi. Əks halda həmin görüşdə də qalib gələcəkdik. Komandamızın üzvləri gənclərdir. Matçın sonlarında verilən o cür qərarlar bunları "sındıra" bilər. Biz onların özlərinə inanmalarını istəyirik. Gənclərimizin gələcəyinə inanırıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.