28 noyabr 2015 16:00
Stelios Kitsiu: Qəbələyə qalib gəlmək üçün çox çalışsaq da, bacarmadıq
Yunanıstanın PAOK klubunun müdafiəçisi Stelios Kitsiu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, qolsuz heç-heçədən sonra bunları söyləyib:
"Hər iki hissədə komandamız üçün həm müsbət, həm də mənfi məqamlar oldu. Fikrimcə, biz çox çalışdıq. Sadəcə, 3 xal qazanmağı bacarmadıq. Bu, psixoloji hazırlıqdan da irəli gəlir. Amma biz daha çox hazırlaşmalıyıq. Komandadakı psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün növbəti çempionat matçında qələbə qazanmalıyıq. Çox təəssüf ki, Avroliqada növbəti mərhələyə vəsiqə qazana bilmədik. Amma "Borussiya" ilə "Krasnodar" çox güclü rəqiblər idi".
