28 noyabr 2015 13:00
Rayan Meyson: Qarabağ çox yaxşı komandadır
İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Rayan Meyson Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri Bakıdakı görüşlə bağlı bunları söyləyib:
"Bizi bu oyunda nə gözlədiyini yaxşı bilirdik. "Qarabağ" çox yaxşı komandadır. Onlar bunu Londondakı oyunda da sübut etmişdilər. Ona görə də Bakıda 1:0 hesabıyla qalib gəlməyimiz çox xoş oldu. Meydanda daha çox dominantlıq edən tərəf biz olduq. Bilirdik ki, səbrli oynamaq lazımdır".
