28 noyabr 2015 18:20

XL Zirəyə, Sumqayıt AZAL-a uduzdu

Bu gün Topaz Premyer Liqasında 14-cü turun növbəti görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Öncə AZAL “Sumqayıt”la qarşılaşıb. Matç meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Günün digər oyununda “Zirə” “Xəzər Lənkəran”ı qəbul edib. Görüşdə bir qol vurulub. Qonaqların futbolçusunun vurduğu avtoqol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.

Topaz Premyer Liqası
14-cü tur

28 noyabr (şənbə)

AZAL - “Sumqayıt” - 2:0 (1:0)
Qollar: M.Səttarlı, 20 (1:0). R.Nəsirli, 84 (2:0).
Matçın 38-ci dəqiqəsində A.Ramazanov penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Bakı. AZAL Arena.

AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 24. Emin Cəfərquliyev, 6. Tagim Novruzov, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 27. Aleksandr Quruli, 19. Məhəmməd Bədəlbəyli.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 22. Kamal Mirzəyev, 28. Müşfiq Teymurov, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 20. İsmayıl İbrahimli, 5. Kamil Hüseynov.
Baş məşqçi: Tərlan Əhmədov.
“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 9. Mirzağa Hüseynpur, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 22. Tofiq Mikayılov, 23. Tural Rzayev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nuran Qurbanov, 10. Uğur Pamuk, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 29. Amil Yunanov, 99. Əli Əlimərdanlı.
Baş məşqçi: Samir Abasov.

“Zirə” - “Xəzər Lənkəran” - 1:0 (0:0)
Qol: Z.Mirzəzadə, 49-öz qapısına. (1:0).
Qırmızı vərəqə: E.Rzazadə, 57. N.Bonilya, 59.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov (k), 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 5. Adil Nağıyev, 33. Dieqo Souza, 11. Viktor İqbekoyi, 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 17. Nicat Qurbanov, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Tərzin Cahangirov, 7. Rihayro, 70. Mirkamil Həşimli, 14. Tellur Mütəllimov, 19. Nurlan Novruzov, 66. Eduardo Makiel.
Baş məşqçi: Adil Şükürov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 41. Hüseyn Xəlilzadə, 44. Yusif Həsənov, 79. Namiq Qocayev, 99. Mahsum Qəmbərli.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunları: "Kəpəz" - "İnter" - 0:0. 29 noyabr (17:00. “Neftçi” - “Qarabağ”). 30 noyabr (17:00. “Qəbələ” - “Rəvan”).

Bombardirlər:
6
- Riçard Almeyda ("Qarabağ").
5 - Ruslan Qurbanov ("Neftçi"), Aleksey Antonov ("Qəbələ"), Dieqo Martins ("İnter").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.